Əli Əsədov: “Ordunun ən müasir hərbi texnika ilə təminatı davam etdirilir”

    Əli Əsədov: “Ordunun ən müasir hərbi texnika ilə təminatı davam etdirilir”
  16 Mart 2021    Oxunub:2718
“Ölkəmizin hərbi potensialı və müdafiə qabiliyyət gücləndirilib. Alınmış hərbi texnikalar Vətən müharibəsində uğurla sınaqdan çıxıb və özünü doğruldub".
Azvision.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan Ordusunun tətbiq etdiyi müasir silah və taktikalar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Ə.Əsədov qeyd edib ki, qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin edilməsi üzrə zəruri işlər davam etdirilir və etdiriləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Baş-Nazir   Əli-Əsədov   Hesabat   MM  






Xəbər lenti