ATƏT sədri Ermənistanda siyasi qüvvələrə çağırış etdi

ATƏT sədri Ermənistanda siyasi qüvvələrə çağırış etdi
  16 Mart 2021    Oxunub:1693
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı siyasi qüvvələri bütün məsələləri qanunun aliliyi və demokratik proseslər çərçivəsində həll etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT sədri İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“2018-ci ildə Ermənistanda aparılan demokratik islahatlar məni təsirləndirdi. Son həftələrdə bu tərəqqinin nə qədər kövrək ola biləcəyini gördük. Bütün tərəfləri ATƏT-in öhdəlikləri çərçivəsində demokratik proseslərə və qanunun aliliyinə hörmət edərək vəziyyəti sülh yolu ilə həll etməyə çağırıram”, - deyə Linde bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrəvan  



Xəbər lenti