ATƏT sədri Qarabağa dair üçtərəfli bəyanatı dəstəkləyir

ATƏT sədri Qarabağa dair üçtərəfli bəyanatı dəstəkləyir
  16 Mart 2021    Oxunub:2112
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatı alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə o, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Atəşkəs razılaşmasının həyata keçirilməsi nizamlanma prosesində irəliləyiş üçün bir fürsət yaradacaq”, - ATƏT sədri əlavə edib.

O bildirib ki, bir sıra məsələlərin həll edilməsi lazımdır. Bu mərhələdə beynəlxalq hüquqa, o cümlədən humanitar hüquqa hörmət göstərmək vacibdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  



Xəbər lenti