“Myanma və Çində insan haqları təhdid altındadır” - Blinken

“Myanma və Çində insan haqları təhdid altındadır” -  Blinken
  16 Mart 2021    Oxunub:2843
Myanma və Çin kimi ölkələrdə demokratik dəyərlər və insan haqları təhdid altındadır.
Azvision.az xəbər verir ki, bunu Yaponiyada rəsmi səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib.

"ABŞ və Yaponiya ortaq demokratik dəyərlər, insan haqları və qanunun aliliyinə sadiqliyi bölüşürlər. Myanma və Çin kimi ölkələrdə bu dəyərlər təhdid altındadır”, - Blinken əlavə edib.

Yaponiyaya rəsmi səfəri çərçivəsində Blinken, həmçinin həmkarları ilə “iki üstəgəl iki” formatda danışıqlarda iştirak edəcək. Pentaqon rəhbəri Lloyd Austin də dövlət katibi ilə birlikdə Yaponiyadadır.

Danışıqlarda əsasən Çin və Hindistan-Sakit okean bölgəsindəki ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir. Nazirlərin Tokioda toxunmaq istədikləri digər mövzular arasında ortaq təlimlər, kiber təhlükəsizliyin təmini, kosmik sahədə əməkdaşlıq və s. məsələlər də var.

Qeyd edək ki, bu formatda sonuncu dəfə yanvar ayında Vaşinqtonda danışıqlar aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya   ABŞ   EntoniBlinken  



Xəbər lenti