Ohanyan gəlmədi, məhkəmə yenə təxirə salındı

 Ohanyan gəlmədi, məhkəmə yenə təxirə salındı
  16 Mart 2021    Oxunub:2269
Ermənistanın ikinci prezidenti Robert Koçaryan və digərlərinin 1 mart işi üzrə məhkəmə iclası sabiq müdafiə naziri Seyran Ohanyanın olmaması səbəbindən təxirə salınıb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, hakim Anna Danibekyan iş üzrə təqsirləndirilən şəxs olan Ohanyanın məhkəmədə iştirak etmədiyinə görə prosesi davam etdirə bilməyəcəyini deyib.

"Növbəti iclas 23 mart saat 13:00-da olacaq", - hakim bildirib.

Ohanyan bir müddət əvvəl səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Bununla dördüncü dəfədir ki, 1 mart işi üzrə məhkəmə prosesi təxirə salınır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SeyranOhanyan  



Xəbər lenti