Gürcüstanda axtarışda olan şəxs Bakıda tutuldu - FOTO

Gürcüstanda axtarışda olan şəxs Bakıda tutuldu -    FOTO
  16 Mart 2021    Oxunub:960
Gürcüstanda müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən şəxs Bakı şəhərində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir.


Azvision.az




Teqlər: Gürcüstan   Azərbaycan  





Xəbər lenti