“İtirilmiş hərbi əmlakın bərpası üçün Rusiya ilə iş aparılır” - Sarkisyan

 “İtirilmiş hərbi əmlakın bərpası üçün Rusiya ilə iş aparılır” -  Sarkisyan
  16 Mart 2021    Oxunub:4257
Ermənistan itirdiyi hərbi əmlakı tezliklə bərpa etmək üçün Rusiya ilə intensiv iş aparır.
Azvision.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə bildirib.

"Bir nömrəli strateji tərəfdaşımız olan Rusiya ilə itirilmiş hərbi əmlakın bərpası, əvvəlki çatışmazlıqları aradan qaldırmaq, mövcud problemləri ən qısa müddətdə həll etmək və ordunun döyüş qabiliyyətini artırmaq üçün intensiv və aktiv işlər aparılır", - nazir müavini deyib.

Bununla belə Sarkisyan əldə edilmiş texnika və silahlar barədə məlumat verməyib.

"Ermənistan müdafiə nazirliyi təhlükəsizliyimizin qarantı olacaq, bölgədə hərbi əməliyyatların yenidən başlanması təhlükəsi olduğu təqdirdə çəkindirici vasitəyə çevriləcək daha nizamlı bir orduya sahib olmaq üçün əlindən gələni edir və edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti