Aprelin 1-dən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Aprelin 1-dən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik
  16 Mart 2021    Oxunub:3211
Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən Türkiyəyə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək.
Azvision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, iki ölkənin vətəndaşları 1 aprel 2021-ci ildən etibarən qarşılıqlı səfərlər zamanı yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  



Xəbər lenti