Qarabağda meşələrin bərpasına dair xüsusi proqram hazırlanır

Qarabağda meşələrin bərpasına dair xüsusi proqram hazırlanır
  16 Mart 2021    Oxunub:2203
İşğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub. Bunun üçün toxum və əkin materialları var.
Azvision.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. O bildirib ki, azad edilmiş ərazilərdə meşələrin bərpası ilə bağlı xüsusi proqram hazırlanır.

"Cari ilin yaz mövsümündə Zəngilan rayonunda 10 hektar ərazidə meşə əkininin aparılması proqnozlaşdırılır. İlkin olaraq martın 9-da yaz əkin kampaniyasına buradan başladıq və 1000-dən çox ağac əkildi. Yaz əkini ilə bağlı tədbirlər respublikanın bütün rayonlarında həyata keçirilir. Yaz mövsümündə ümumilikdə 200 hektar ərazidə meşəbərpa işlərinin aparılması nəzərdə tutulur. Bu çərçivədə 400-dən artıq ağacın əkilməsi planlaşdırılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Meşə   Əkin  






Xəbər lenti