Meşələrin qırılması ən çox bu rayonlardadır

Meşələrin qırılması ən çox bu rayonlardadır
  16 Mart 2021    Oxunub:4050
“Lerik və Oğuz rayonlarında meşə kəndə çox yaxındır, hətta kəndlər meşənin içərisindədir. Ona görə insanların meşəyə müdaxiləsi olur. Bu rayonlarda ağac kəsmə halları digər ərazilərdən daha çoxdur”.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

“Bundan başqa Lerik və Oğuz rayonlarında digər rayonlara nisbətən qazlaşma aşağıdır. Bu da meşələrə müdaxilələrə səbəb olur”, - deyə Xidmət rəisi bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Meşə  






Xəbər lenti