“Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” - Erməni nazir
Nazir Levon Ter-Petrosyanın Paşinyanın xaricə getməsinə qanuni şərait yaradılması ilə bağlı təklifinə "hər kəs siyasi reytinqini düşünür", - deyə cavab verib.
“Düşünürəm ki, hər kəs öz siyasi reytinqini rəhbər tutmalıdır. Bu cür açıqlamalar və ya bu kimi mənasız təkliflər siyasi reytinqin yüksəlməsinə kömək etməyəcək",- deyə Badasyan bildirib.
Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolunu baş nazir Nikol Paşinyanın dərhal istefa verməsində görür. Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.
Sabiq prezidentin fikrincə, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir ki, o da ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ədliyyə-naziri Təklif







Vaxtında, Aydın, Lazımlı!


