İrəvanda aksiya: Etirazçılar yolları bağladı, saxlanılanlar var
Hərəkatın fəalları İrəvanın mərkəzindəki Sayat-Nova prospektini və İsaakyan küçəsini bağlayaraq, avtomobillərin hərəkətinə mane olublar. Hadisə yerinə gələn polis əməkdaşları yeddi nümayişçini saxlayıb.
Bundan sonra aktivistlər İrəvanın şimalındakı Komitas prospektinə doğru hərəkət ediblər. Hərəkatın lideri Mika Badalyan aksiyaların davam etdiriləcəyini deyib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


