İrəvanda aksiya: Etirazçılar yolları bağladı, saxlanılanlar var

 İrəvanda aksiya:  Etirazçılar yolları bağladı, saxlanılanlar var
  16 Mart 2021    Oxunub:1968
Ermənistanın “Qurtuluş” hərəkatının üzvləri İrəvanın mərkəzi prospekt və küçələrini bağlayıb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Hərəkatın fəalları İrəvanın mərkəzindəki Sayat-Nova prospektini və İsaakyan küçəsini bağlayaraq, avtomobillərin hərəkətinə mane olublar. Hadisə yerinə gələn polis əməkdaşları yeddi nümayişçini saxlayıb.

Bundan sonra aktivistlər İrəvanın şimalındakı Komitas prospektinə doğru hərəkət ediblər. Hərəkatın lideri Mika Badalyan aksiyaların davam etdiriləcəyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya   Etiraz  



Xəbər lenti