“Azəriqaz”da yeni təyinat olub

“Azəriqaz”da yeni təyinat olub
  16 Mart 2021    Oxunub:2044
“Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.
Birlikdən Azvision.az -a verilən məlumata görə, Baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev Birliyin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər Elçin Qocayev Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Əmək fəaliyyətinə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühəndis kimi başlayıb. 2006-2018-ci illərdə SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz” İB-də şöbə rəisinin müavini və şöbə rəisi kimi çalışıb.

Azvision.az


Teqlər: Azəriqaz   Təyinat  






Xəbər lenti