ATƏT sədri İrəvanda separatçılarla görüşdü

ATƏT sədri İrəvanda separatçılarla görüşdü
  16 Mart 2021    Oxunub:2043
İrəvana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Qarabağ separatçılarının qondarma “xarici işlər naziri” David Babayanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, habelə Qarabağ separatçılarının Ermənistandakı "nümayəndəsi" Sergey Qazaryan da iştirak edib.

Görüş zamanı Qarabağ məsələsi müzakirə edilib. Separatçılar ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin bərpa olunmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, A.Linde bundan əvvəl Azərbaycanda səfərdə olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AnnLinde  



Xəbər lenti