Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinlədi - VİDEO

 Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinlədi -  VİDEO
  16 Mart 2021    Oxunub:2384
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin əməliyyat-taktiki təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov   Təlim  






Xəbər lenti