Kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

Kreditlərin 97,4 faizi banklar tərəfindən verilib
  16 Mart 2021    Oxunub:1744
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 587,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 21,6 milyon manatı və ya 82,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 900,4 milyon manat olub və ümumi kredit portfelinin 6,2 faizini təşkil edib.

Azvision.az


Teqlər: Kredit  





Xəbər lenti