Zakir Həsənov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - VİDEO

Zakir Həsənov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib -    VİDEO
  17 Mart 2021    Oxunub:2495
Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  






Xəbər lenti