Vaqifin Şuşadakı məqbərəsi bərpa edilir - VİDEO

   Vaqifin Şuşadakı məqbərəsi bərpa edilir -    VİDEO
  17 Mart 2021    Oxunub:3471
Xəbər verdiyimiz kimi, martın 16-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə səfər ediblər.

Azvision.az -ın məlumatına görə, ölkə başçısı və birinci xanım səfər zamanı Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.
“Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək”, - deyə Prezident bildirib.

Ölkə başçısı vurğulayıb ki, layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək.

Təqdim etdiyimiz görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşıb.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  






Xəbər lenti