Sülhməramlılar Qarabağda daha 128 partlayıcını məhv edib

 Sülhməramlılar Qarabağda daha 128 partlayıcını məhv edib
  17 Mart 2021    Oxunub:2827
Rusiya sülhməramlı kontingentinin mühəndis bölməsinin şəxsi heyəti Dağlıq Qarabağ ərazisində partlayıcı qurğuların məhv edilməsi üzrə işləri davam etdirir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sutka ərzində Ballıcadakı xüsusi poliqonda rus hərbçilər minalar və müxtəlif çaplı top mərmiləri daxil olmaqla təxminən 120 partlayıcı qurğunu məhv edib. Proses zamanı təhlükəsizlik tədbirləri təmin edilib.

Hər gün Rusiya sülhməramlı kontingentinin 10-a yaxın hərbçisi minaların zərərsizləşdirilməsi ilə bağlı prosesə cəlb olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Rusiya   Mina  



Xəbər lenti