İranda çərşənbə faciəsi - 8 ölü, 900 yaralı

 İranda çərşənbə faciəsi -  8 ölü, 900 yaralı
  17 Mart 2021    Oxunub:2876
İranda Novruz bayramının ilaxır çərşənbəsi münasibətilə keçirilən şənliklərdə 8 nəfər ölüb, 900 nəfər yaralanıb.
Azvision.az “TRTHaber”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Kulivənd bildirib.

Onun sözlərinə görə, yaralananların 72 nəfəri əzalarını itirib, 234 nəfərin bədəni yanıb, 300-ü gözlərindən xəsarət alıb.

Ötən il İranda ilaxır çərşənbə tədbirlərində 3 nəfər ölüb, 1403 nəfər yaralanıb.

İranda hər il bayram qeyd edilən zaman tonqal üzərindən atlanmaq və yandırıcı vasitələrdən istifadə bir çox insanın ölümünə və yaralanmasına səbəb olur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  



Xəbər lenti