“Neft bazarında volatillik hələ də səngiməyib”

“Neft bazarında volatillik hələ də səngiməyib”
  17 Mart 2021    Oxunub:2618
ABŞ Prezidenti Cozef Baydenin enerji gündəliyi neftin dünya bazar qiymətlərini yenidən yüksəldib.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, iki gün öncə Ağ Evin yeni vergi paketi ilə bağlı açıqlaması neftin dünya bazar qiymətlərini azaltmışdı.

"9 maddəli Təmiz Enerji İnqilabı adlandırılan bu planın icrası ABŞ-da neft hasilatının azalmasına gətirib çıxara bilər ki, bu da bazara təsirsiz ötüşmədi. Bununla belə, neft bazarında volatillik hələ də səngiməyib. Eyni zamanda, hələlik bazarda qiymətlərin stabilliyinə zəmin yaradacaq faktorlar tam formalaşmayıb. Vaksinasiyanın qlobal genişlənməsinə baxmayaraq, hələ də pandemiyanın nə zaman sonlanacağı bəlli deyil. Bu isə o deməkdir ki, hələlik strateji bazarlara pandemiya ən çox təsir göstərən faktor olaraq qalmaqdadır", - deyə deputat qeyd edib.

Azvision.az


Teqlər: Neft   Qiymət  





Xəbər lenti