Rusiyada koronavirusdan ölüm sayı 93 mini keçdi

Rusiyada koronavirusdan ölüm sayı 93 mini keçdi
  17 Mart 2021    Oxunub:3858
Rusiyada son sutka ərzində koronavirusa 8998 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 418 436 nəfərə çatıb.

Rusiyada son bir gündə 427 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 93 364 nəfərdir. İndiyədək 4 024 975xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti