Norveçdə koronavirusun üçüncü dalğası elan edildi

Norveçdə koronavirusun üçüncü dalğası elan edildi
  17 Mart 2021    Oxunub:2370
Norveçdə koronavirus infeksiyasına yoluxanların sayında yenidən anti-rekord qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Bent Heye deyib.

Onun sözlərinə görə, ölkə üçüncü koronavirus dalğası ilə qarşılaşıb və yeni məhdudiyyətlər istisna edilmir. Son bir gündə Norveçdə 1156 nəfər koronavirusa yoluxub. Paytaxt Osloda yoluxma sayı 495 nəfər təşkil edib.

"Koronavirusun üçüncü dalğasına daxil olduq, amma bunun yenidən öhdəsindən gələcəyimizə inanıram", - nazir deyib.

Məlumata görə, pandemiya başlayandan bəri ilk dəfə yoluxmuş insanların sayı min nəfəri keçib, bundan əvvəl yanvar ayında qeydə alınan ən yüksək göstərici - 930 nəfər olub. Ümumilikdə, pandemiyanın başlanğıcından bəri ölkədə 82.4 mindən çox insan bu xəstəliyə yoluxub.

"Koronavirusun ən yoluxucu növünün, xüsusilə Osloda infeksiyaların sayının kəskin artmasına gətirib çıxardığını görürük. Buna görə digər bölgələrdə də hazırda Oslo, Viken və bir sıra başqa ərazilərdə qüvvədə olan sərt tədbirlər tətbiq etmək lazımdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Norveç   Koronavirus  



Xəbər lenti