Ceyhun Bayramov: “Ermənistana təzyiq göstərilməlidir”

  Ceyhun Bayramov:  “Ermənistana təzyiq göstərilməlidir”
  17 Mart 2021    Oxunub:2419
Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda slovakiyalı həmkarı İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, mina xəritələrinin verilməməsi Ermənistanın hərbi cinayətlərini davam etdirməsi, beynəlxalq humanitar hüququn pozulmasıdır.

XİN başçısı xatırladıb ki, 10 noyabr 2020-ci il tarixindən bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyşib, 79 nəfər xəsarət alıb.

"Dünən daha bir hadisə Ağdamda baş verdi, 6 nəfər mülki şəxs minaya düşdü və onlardan 2-si həlak oldu, 3-ü yaralandı. Bu istiqamətdə beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistana təzyiqlər göstərməlidir", - deyə C.Bayramov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CeyhunBayramov  



Xəbər lenti