“Paşinyanın cinayətləri təkcə Ermənistanla məhdudlaşmır” - Erməni politoloq
"Bu, artıq yeni xəbər deyil ki, Ermənistanın dövlət kimi beynəlxalq nüfuzu aşağı düşüb. ABŞ erməniləri təsəvvür olunmayacaq coşqu ilə "Hayastan" Ümumerməni Fondunun yardım kampaniyasına qatılmışdılar. Sonradan məlum olanda ki, onları aldadıblar, fonddan göndərilən pullar ölkədə oğurlanıb, bəzi məmurlara mükafat olaraq verilib və digər şəkildə yeyilib, həmin ermənilər sadəcə məyus oldular. Nikol Paşinyanın cinayətləri təkcə Ermənistan ərazisi ilə məhdudlaşmır və yalnız vətəndaşlarımız onun qurbanına çevrilmir. O, dünyanın müxtəlif ölkələrinə sığınan ermənilərin inancını da öldürür”, - deyə Ağasi Yenokyan vurğulayıb.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


