Çavuşoğlu qazax həmkarı ilə Qarabağı müzakirə etdi

Çavuşoğlu qazax həmkarı ilə Qarabağı müzakirə etdi
  17 Mart 2021    Oxunub:2035
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstandan olan həmkarı Muxtar Tileuberdi ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bunu Çavuşoğlu Tileuberdi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, görüşdə ikitərəfli və bir sıra regional, aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ mövzusu, Şimali Kipr, Əfqanıstan və Rusiya ilə münasibətlər müzakirə edilib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası ilə bağlı fikir mübadiləsi aparılıb.

Çavuşoğlu qeyd edib ki, Türk Şurasının adının dəyişdirilməsi gündəmdədir. Martıq 31-də Qazaxıstanın Türkistan şəhərində Türk Şurasının qeyri-rəsmi görüşü, ilin sonunda isə Türkiyədə rəsmi zirvə toplantısı olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  



Xəbər lenti