Manukyanın cinayət işi məhkəməyə göndərildi

 Manukyanın cinayət işi məhkəməyə göndərildi
  17 Mart 2021    Oxunub:2800
Ermənistan müxalifətinin “Vətənin qurtuluşu hərəkatı”nın lideri Vazgen Manukyanın cinayət işi ittiham aktı ilə birgə məhkəməyə göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a prokurorluqdan məlumat verilib.

Bundan əvvəl İstintaq Komitəsinin işi ittiham aktı ilə birgə məhkəməyə göndərmək üçün prokurorluğa təqdim etdiyi bildirilmişdi.

Manukyan Ermənistan konstitusiya quruluşunu zorla devrilməyə açıq çağırışlar etməkdə ittiham olunur. Ondan ölkəni tərk etməmək barədə yazılı iltizam alınıb.

İş materiallarına görə, Manukyan 12, 20 və 26 fevral tarixlərində keçirilən mitinqlərdə oxşar çağırışlar edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VazgenManukyan  



Xəbər lenti