ABŞ qoşunları mayın 1-dək Əfqanıstandan çıxarıla bilər

ABŞ qoşunları mayın 1-dək Əfqanıstandan çıxarıla bilər
  17 Mart 2021    Oxunub:2747
ABŞ Prezidenti Co Bayden Əfqanıstandan bütün qoşunları 1 mayadək çıxara biləcəyini deyib.
Azvision.az xəbər verir ki, bu barədə Bayden ABC-yə müsahibəsində bildirib. O, bunun çətin olacağını və Amerika hakimiyyətinin hələ son qərar qəbul etmədiyini söyləyib.

“İndi onların (hərbçilər) nə vaxt çıxacaqları ilə bağlı qərar qəbuletmə prosesindəyəm”, - Bayden deyib.

Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən hazırlanan “Taliban” ilə razılaşma davamlı deyil: "Buna görə də müttəfiqlərimizlə, eləcə də hökumətlə məsləhətləşirik və bunun həlli üzərində işləyirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  



Xəbər lenti