Ermənistan əhalisi 700 min nəfər azalıb
Qeyd edilib ki, 1992-ci ilin əvvəlində Ermənistan əhalisi 3 milyon 633,3 min nəfər təşkil edib. 2020-ci ilin dördüncü rübündə isə əhalinin sayı 2 milyon 967,9 min nəfər olub.
“Faktiki olaraq müstəqillik qazandıqdan 29 il sonra (1991-2020), 2012-ci il istisna olmaqla, Ermənistan əhalisinin sayı hər il azalıb. Ölkədəki demoqrafik böhranın əsas amilləri aşağı doğum nisbəti və miqrasiyadır. Müstəqillik illərində Ermənistanı tərk edənlərin sayı gələnlərin sayından çox olub. 2020-ci ildə Ermənistanı tərk edənlərin 90% -i Rusiyaya gedib. Onların yalnız yarısı, 50,4 %-i daha sonra Ermənistana qayıdıb.
Ölkə əhalisinin azalmasının digər bir səbəbi də doğuş səviyyəsinin aşağı olmasıdır. Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə 36 448 uşaq doğulub. Ermənistanda doğum əmsalı 1,7-dir, yəni çox sayda ailənin ikinci uşağı belə yoxdur", - deyə məlumatda bildirilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


