Ermənistanda aksiya iştirakçıları küçələri bağlayıb

 Ermənistanda aksiya iştirakçıları küçələri bağlayıb
  17 Mart 2021    Oxunub:2123
Ermənistanın “Qurtuluş” hərəkatının aktivistləri paytaxtda küçələri bağlayıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazçılar Proşyan küçəsi boyunca avtomobillərin hərəkətini əngəlləyib, nəticədə böyük tıxac yaranıb.

Qeyd edək ki, bu küçədə hökumət iqamətgahları kompleksi yerləşir.

Dünən də sözügedən hərəkatın nümayəndələri İrəvanda mərkəzi küçə və prospektləri bağlamışdılar. Polis aksiyanın yeddi iştirakçısını saxlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti