Ermənistanda əsgərlərə qohumlarla görüş qadağan edildi

 Ermənistanda əsgərlərə qohumlarla görüş qadağan edildi
  17 Mart 2021    Oxunub:2308
Ermənistanda əsgərlərə qohumlarla görüş və məzuniyyət qadağan edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna əsasən, əsgərin ailə üzvlərindən biri vəfat edərsə, o halda məzuniyyət veriləcək.

Əsgərlərlə bağlı qadağanın pandemiya ilə əlaqədar tətbiq olunduğu diqqətə çatdırılıb.

Azvision.az


Teqlər: Ermənistan   Əsgər  



Xəbər lenti