Azərbaycandan keçən yükdaşımaların həcmi açıqlanıb |
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, az qiymətli metallar və onlardan hazırlanan məmulatların, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 67,8 faizini avtomobil, 18,4 faizini dəmir yolu, 11,8 faizini hava, 1,6 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,4 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 44,5 faizini İtaliyaya, 9,0 faizini Türkiyəyə, 8,5 faizini İspaniyaya, 7,1 faizini Ukraynaya, 6,7 faizini Hindistana, 6,6 faizini Çinə, 3,8 faizini Xorvatiyaya, 2,8 faizini Rusiyaya, 2,1 faizini Rumıniyaya, 1,9 faizini İsrailə, 1,8 faizini Portuqaliyaya, 1,4 faizini Gürcüstana, 1,3 faizini Avstraliyaya, 0,6 faizini İsveçrəyə, 0,4 faizini Tunisə, 0,2 faizini ABŞ-a, 1,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Bu ilin yanvarında ixracın 90,3 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 6,9 faizini avtomobil, 2 faizini dəmir yolu, 0,8 faizini hava nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.
Azvision.az