Bir gündə 7492 nəfər koronavirusdan öldü

 Bir gündə 7492 nəfər koronavirusdan öldü
  18 Mart 2021    Oxunub:2746
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 121 milyon 823 min 192 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 692 min 728 nəfərdir. İndiyədək 98 milyon 208 min 820 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son sutka ərzində 406 980 nəfər koronavirusa yoluxub, 7492 pasiyent ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti