Psaki Baydenin Putinlə bağlı fikirlərini şərh etmədi

 Psaki Baydenin Putinlə bağlı fikirlərini şərh etmədi
  18 Mart 2021    Oxunub:1970
Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirməkdən imtina edib.
Azvision.az xəbər verir ki, Psaki Baydenin sözlərinə əlavə edəcək nəyinsə olmadığını bildirib.

Qeyd edək ki, Bayden müsahibəsində "Putini qatil hesab edirsiniz", - sualına təsdiq cavabı verib və onun Amerikadakı seçkilərə müdaxilə cəhdinə görə cavab verəcəyini deyib.

"Əlavə edəcək nəsə yoxdur. Bayden əvvəllər də Rusiya rəhbərliyi ilə birbaşa təmaslarda, yaxud açıqlamalarında mövqeyini ifadə etməkdə geri çəkilməyəcəyini söyləyib", - deyə Psaki vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CenPsaki  



Xəbər lenti