Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı

 Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı
  18 Mart 2021    Oxunub:2420
Ermənistanda son sutka ərzində 1027 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 181 165 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3301-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 848 nəfərdir. Aktiv xəstələrin sayı 9830 nəfər təşkil edir. Son günlər Ermənistanda yoluxma və ölüm hallarında kəskin artım müşahidə edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti