Krımdan nümayəndə heyəti Ermənistana gedir
"Krımın rəsmi nümayəndə heyətinin səfəri aprelin birinci yarısına planlaşdırılır. Ancaq Ermənistanda məqbul və sabit siyasi vəziyyətin qalması şərti ilə səfər həyata keçiriləcək”, - Muradov bildirib.
Onun sözlərinə görə, yarımadanın Rusiyaya birləşməsinin 7-ci ildönümü münasibətilə Ermənistanda “Krım Respublikası Günləri”nin keçirilməsi planlaşdırılır.
"Söhbət iqtisadi, işgüzar, turizm və mədəni potensialın təqdimatından gedir", - deyə Muradov əlavə edib.
Xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyaya birləşdirilib. Beynəlxalq birlik Krımı Ukraynanın ərazisi olaraq tanıyır. Krımın ilhaqından sonra Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Krım







Vaxtında, Aydın, Lazımlı!


