“ABŞ nə baş verdiyini özü izah etməlidir” - Zaxarova

 “ABŞ nə baş verdiyini özü izah etməlidir” -  Zaxarova
  18 Mart 2021    Oxunub:2559
ABŞ onlarda nə baş verdiyini özü izah etməlidir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Prezident Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə bağlı açıqlamalarını şərh edərkən bildirib.

"Bilirik ki, amerikalı həmkarlarımız orada nəyin baş verdiyi barədə birbaşa suala cavab verməkdən tamamilə imtina ediblər. Cavabları, prinsipcə yoxdur. Onlardan soruşuruq - ümumiyyətlə, orada nə baş verir.

Onlar eyni sualı ünvanlayırlar. Bizə nələrin baş verdiyini anlamaq üçün kömək edin. Hesab edirəm ki, Amerika əsas suallara cavab verməlidir",- Zaxarova deyib.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini hədələyərək, onun Amerikada keçirilən seçkilərə müdaxiləyə görə cavab verəcəyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MariyaZaxarova  



Xəbər lenti