“Ərdoğan oğrudur, baş nazir deyil” - İTTİHAM

“Ərdoğan oğrudur, baş nazir deyil” - İTTİHAM
  25 Fevral 2014    Oxunub:989
Bu saatdan etibarən Rəcəb Tayyib Ərdoğan baş nazir deyil.
CHP sədri Kamal Kılıçdaroğlu bu dəqiqələrdə partiyanın qrup toplantısını keçirir. AzVision.az-ın məlumatına görə, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanla səs danışığına xüsusən toxunan partiya sədri hökümət rəhbərini sərt tənqid edib və istefaya səsləyib.

“Bu saatdan etibarən Rəcəb Tayyib Ərdoğan baş nazir deyil. Oğrudan baş nazir ola bilməz. Belə bir oğurluq kimsənin ağlına gəlməz. Hətta Hollivud belə bucür oğurluğu ekranlaşdırmağı ağlına gətirə bilməz. Cümhuriyyət dövrünün ən böyük rüşvət və korrupsiya dövrü ilə üz-üzəyik. Dövləti soyan baş nazir postunda otura bilməz. O, istefa verməlidir.”

Emin Piri


Teqlər:  





Xəbər lenti