“ABŞ Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq” - Putindən Baydenə cavab
"Mən ona nə cavab verim? Sağlam ol, deyirəm", - Putin bildirib.
Rusiya lideri əlavə edib ki, hər zaman öz keyfiyyətlərimizi başqa bir insanda görürük və onun da bizim kimi olduğunu düşünürük.
Putinin sözlərinə görə, Amerika quruluşunun şüuru mürəkkəb şərtlərdə formalaşıb. O, yerli əhalinin soyqırımı, amerikalıların Yaponiyada nüvə bombası istifadə etməsini, ABŞ-dakı afroamerikalıların hələ də haqsızlıqla üzləşməsini xatırladıb.
"Bu barədə ona görə danışıram ki, ABŞ bizim onlar kimi olduğumuzu düşünməsin. Bu, belə deyil – bizim fərqli bir genetik kodumuz var. ABŞ Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq".
Rusiya lideri hər millətin tarixində çox dramatik və qanlı hadisələr olduğunu deyib və vurğulayıb ki, digər insanları, dövlətləri, xalqları qiymətləndirən zaman həmişə güzgüyə baxırlar.
O, ABŞ-da çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiyanın onlara etibar edəcəyini söyləyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya Putin ABŞ Bayden







Vaxtında, Aydın, Lazımlı!


