Paşinyan bu tarixdə istefa verəcək

 Paşinyan bu tarixdə istefa verəcək
  18 Mart 2021    Oxunub:3341
Ermənistanın baş naziri Nikol Paşinyan 20-30 aprel tarixləri arasında istefa verəcək.
Azvision.az -ın məlumatına görə, bu barədə konstitusiya hüququ üzrə erməni ekspert Qoar Meloyan bildirib.

O deyib ki, Nikol Paşinyan istefa verəcəyi halda, parlament qüvvələrindən baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəklərinə dair zəmanət aldığını söyləmək olar.

Qeyd edək ki, N.Paşinyan Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti