Pandemiya qurbanlarının sayı 2,7 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 703 min 252 nəfərdir. İndiyədək 98 milyon 662 min 112 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 11 787 600 nəfərdə virus aşkar edilib. Xəstələrdən 287 795 nəfəri həyatını itirib.
Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 514 331 yoluxma qeydə alınıb. Onlardan 159 405 nəfəri vəfat edib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 4 428 239 yoluxma, 93 824 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Böyük Britaniyada 4 280 882 nəfər virusa yoluxub ki, onlardan 125 926-sı ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Dünya Statistika







Vaxtında, Aydın, Lazımlı!


