Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşib

Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşib
  19 Mart 2021    Oxunub:1353
Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət sabitləşib.
Azvision.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Epidemiologiya İnstitutunun direktor müavini Natalya Pşeniçnaya bildirib.

“Rusiyada vəziyyət indi sabitləşib. 15 gün ərzində gündəlik qeydə alınan COVID-19 xəstələrinin sayı 11 mini keçməyib, yoluxma 9-10 min aralığında olub”, - o qeyd edib.

Pşeniçnaya vurğulayıb ki, Rusiyada dekabr ayının sonundan etibarən koronavirus xəstəliyində azalma tendensiyası müşahidə olunur.

Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti