“Kommunikasiyaların blokdan çıxarılması vacib şərtdir” - Rusiya səfiri

 “Kommunikasiyaların blokdan çıxarılması vacib şərtdir” -  Rusiya səfiri
  19 Mart 2021    Oxunub:2316
Üçtərəfli işçi qrupu çərçivəsində aparılan işlər, kommunikasiyaların blokdan çıxarılması, iqtisadi əməkdaşlığın normallaşması ilə bağlı ilkin şərtlərin yaradılması bölgədəki uzunmüddətli təhlükəsizlik üçün çox vacib şərtdir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi də daxil olmaqla nəhəng səylər hesabına Qarabağdakı hərbi əməliyyatlar dayandırıldı, üçtərəfli razılaşma imzalandı və bölgədə sülhün yaradılması, təhlükəsizliyin möhkəmləndirilməsi üçün çox çətin, ziddiyyətli, lakin olduqca vacib bir işin təməli atıldı.

"İndi Dağlıq Qarabağda dinc həyatı bərpa etmək, hərbi əməliyyatların nəticələrini aradan qaldırmaq üçün işlər aparılır", - diplomat deyib.

Səfir əlavə edib ki, Rusiya bunun üçün çox səy göstərir. Bölgədə sülhməramlı kontingenti yerləşdirilib, Humanitar Reaksiya Mərkəzi fəaliyyət göstərir, mülki infrastruktur bərpa olunur, bu da Qarabağ sakinlərinin normal həyata qayıtmasına imkan verir.

Kopırkin, mövcud etimad amilinin Ermənistan-Rusiya strateji münasibətlərində əsas əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyKopırkin  



Xəbər lenti