Qardaşı minaya düşən şəxs Talışa gedərkən tutuldu

   Qardaşı minaya düşən şəxs Talışa gedərkən tutuldu
  19 Mart 2021    Oxunub:1611
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonunun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakini İsmayıl Mahmudov saxlanılıb.

İ.Mahmudov müxtəlif vaxtlarda dəfələrlə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib, polis əməkdaşları tərəfindən onun bu cəhdlərinin qarşısı alınıb.

Qeyd edək ki, İ.Mahmudovun qardaşı Bəxtiyar Mahmudov bir müddət əvvəl Talış kəndində minaya düşərək həlak olub.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.


Azvision.az


Teqlər: Tərtər   Polis   Talış   Kənd  





Xəbər lenti