Övladlarının Qarabağdan çıxarılmasını tələb edən ermənilər Paşinyanla görüşdən narazı qaldılar
Əsgər valideynləri hökumət binasının qarşısında keçirdikləri aksiyada övladlarının dərhal tərxis olunmasını tələb ediblər.
“Baş nazir məsələlərin bizim tələblər nəzərə alınmadan iki həftəyə həll olunacağını dedi. Bu müddət ərzində övladlarımızın hərbi xidmət müddətinin azaldılıb-azaldılmaycağı məlum olacaq”, - valideynlərdən biri Suren Qevorkyan bildirib.
Onun sözlərinə görə, irəli sürdükləri tələblər 4 aydır həll olunmur.
Hazırda hökumət binası qarşısında itkin düşən hərbçilərin valideynlərinin də etiraz aksiyası davam edir. Onlar itkin düşmüş sayılan 500 əsgərlə bağlı məsələyə baş nazirin cavab verməsini tələb edirlər.
Pərvanə Sultanovaa
Azvision.az
Teqlər: Qarabağ Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


