Fransa “AstraZeneca”nın istifadəsini bərpa edir

Fransa “AstraZeneca”nın istifadəsini bərpa edir
  19 Mart 2021    Oxunub:1729
Fransanın Ali Sağlamlıq qurumu koronavirus əleyhinə “AstraZeneca” peyvəndinin istifadəsini bərpa etməyi tövsiyə edib.
Azvision.az xəbər verir ki, peyvənd ancaq 55 yaşadək insanlar üçün məsləhət bilinib.

Bundan əvvəl bir sıra Avropa İttifaqı ölkələri “AstraZeneca” peyvəndinin istifadəsini dayandırmaq barədə qərar veriblər.

Fransa peyvəndin istifadəsini 15 martda dayandırdığını elan etmişdi. Daha sonra ölkənin baş naziri Jan Kasteks Avropa Dərman Agentliyinin (EMA) "AstraZeneca" peyvəndinin təhlükəsizliyinə dair məlumatlarına əsaslanaraq, cümə günündən etibarən onun bərpa ediləcəyini söyləyib.

Hökumət başçısı bu gün “AstraZeneca” peyvəndini vurdurmaq niyyətindədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  



Xəbər lenti