Avropa İttifaqı Britaniyanı məhkəməyə verdi
Bildirilib ki, Avropa Komissiyası Cəbəllütariqdə vergi güzəştləri kimi verilmiş, təqribən 100 milyon avroya qədər olan qanunsuz dövlət yardımının tamamilə geri qaytarılmaması səbəbiylə Birləşmiş Krallığı Avropa Məhkəməsinə verməyi qərara alıb.
Bu iş ölkənin hələ Avropa İttifaqının üzvü olduğu dövrədə ona tətbiq olunan Aİ qaydalarına aiddir. Qeyd edilən məsələ Aİ-nin dövlət yardımı qaydalarına uyğun gəlmədiyi üçün vəsait alıcı tərəfindən geri qaytarılmalıdır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: AvropaKomissiyası







Vaxtında, Aydın, Lazımlı!


