“İnsanlar vaksinasiyadan keçsələr, yoluxmalar azalacaq” - Rusiyalı infeksionist

 “İnsanlar vaksinasiyadan keçsələr, yoluxmalar azalacaq” -   Rusiyalı infeksionist
  20 Mart 2021    Oxunub:2582
"İnsanlar bütün qaydalara riayət edərlərsə və virus əleyhinə vaksin olunarlarsa, koronavirusa yoluxma yazın sonuna qədər mart ayına nisbətdə daha da azalar".
Azvision.az xəbər verir ki, bu barədə tanınmış infeksionist, "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya deyib. O qeyd edib ki, insanlar arxayınlaşmamalı, tövsiyə olunan xüsusi qoruyucu tədbirlərə riayət etməyə davam etməli və vaksinasiya tempi artırılmalıdır:

"Belə olan təqdirdə yazın sonuna qədər martda müşahidə etdiyimiz statistikanın daha da azalacağını görəcəyik. Rusiyada hazırda vəziyyət sabitdir. Son iki həftə ərzində gündəlik aşkar olunan infeksiya hadisələrinin sayı 11 mini keçməyib".

Onun sözlərinə görə, tövsiyə edilən profilaktik tədbirlərə əməl olunması, aktiv vaksinasiya kampaniyası və əhalinin bir hissəsində təbii yolla əldə edilmiş koronavirusa qarşı immunitetinin formalaşması ilə bağlıdır. Bununla yanaşı mütəxəssis yazda baş verən təbii proseslər, yağışlar və digər səbəblərdən xəstələnmədə gündəlik sayın dəyişməsinin mümkün olduğunu vurğulayıb. Çünki bu amillər koronavirus da daxil olmaqla tənəffüs yolları ilə bağlı yoluxucu infeksiyaların daha aktiv yayılmasına şərait yaradır.

Qeyd edək ki, pandemiyanın başlayandan bəri dünyada 121,8 milyondan çox insan koronavirusa yoluxub, 2,7 milyon nəfər ölüb. Rusiyada rəsmi orqanlarının açıqladığı statistikaya görə bu ölkədə 4.437938 yoluxma halı qeydə alınıb. 4.449373 nəfər sağalıb, 94.267 nəfər dünyasını dəyişib.

Tural Tağıyev
Azvision.az


Teqlər:



Xəbər lenti