İtkin düşmüş erməni əsgərlərin sayı-hesabı bilinmir

   İtkin düşmüş erməni əsgərlərin sayı-hesabı bilinmir
  20 Mart 2021    Oxunub:2628
İkinci Qarabağ müharibəsi bitdikdən sonra erməni cəmiyyətində ən çox narazılıq yaradan məsələlərdən biri də ölü və itkin sayının gizlədilməsi oldu.
Azvision.az xəbər verir ki, bu günə qədər Ermənistan hökuməti xalqa dəqiq statistika açıqlamayıb. İrəvanda bunu hələ də hərbi sirr hesab edirlər. Tanınmış erməni aktivist, hərbi məsələləri araşdıran Aram Gevorqyan isə tez-tez adı üzdə olan ölü və itkinlər siyahısına düşməmiş yeni şəxsləri aşkarlayır. Gevorqyan bu dəfə itkin düşdüyü təsdiqlənən hərbçilərdən biri-Ayko Xaçatryanın məsələsini araşdırıb. Aram Xaçatryanın ailəsindən müsahibə alarkən gülməli bir halın şahidi olub. Belə ki, Müdafiə Nazirliyindən hələ də öldüyü və ya sağ qaldığı bəlli olmayan bu əsgərin valideynlərinə məsələnin araşdırılması ilə bağlı ilginc bir cavab verilib:

“Müdafiə nazirliyindən itkin düşmüş Ayko Xaçatryanın valideynlərinə deyirlər ki, onlar azərbaycanlıların yaydıqları videolara baxsınlar. Dövlət orqanından belə bir absurd məsləhət veriblər ki, erməni valideynlər öz övladını tapmaq ümidi ilə videoları araşdırsınlar...”

Qeyd edək ki, Ermənistanın aidiyyəti qurumları hələ də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında xüsusi icazə əsasında axtarış tədbirləri həyata keçirərək xeyli sayda cəsədlərin qalıqlarını tapırlar. Bundan öncə ölkənin səhiyyə naziri isə şəxsiyyəti DNK analizi ilə müəyyənləşdirilməsi mümkün olmayan yüzlərlə cəsəd qalığının saxlanıldığını bəyan etmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: İtkin   Ermənistan  



Xəbər lenti